Ey tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylərKə'bəi-kuyin görəndən bəri,Haçan qibləni ziyarət eylər

Qırğı başlı, tuyğun, tərlan cilvəli,Görməmişəm belə nazlı, qəmzəli,Sərasər yaxası qızıl düyməli,Baxdıqca üzünə fəxarət eylər

Zahid baxsa zülfi-pərişanına,Tərk eylər məscidi, gələr yanına,Sidq-i-dildən canın qatar canına,Hurii-ğilmana məlamət eylər

Hər kim ki sənə baxarsa kindən,Bil ki öyrənibdir o halı məndən,Özgə təvəqqəm yox əsla səndən,Xəstə Salik sənə zərafət eylər

Təsadüfi şeir

Başqa şairlərin şeirləri