Əyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,Küffari-batilin zəxmi-tiğindənMöminlər qəlbi cərahət oldu

Füzəla əhlindən bir neçə adəm,Fələk diyarında əqli fəraham,Oxundu guşə fərmani-matəm,Qəlbinin hasili məlamət oldu

Dutmasın kafirə heç kəs ixlası,Qəhrinə uğrayan tapmaz xilası,Səbr edib qəzaya olmadı asi,Minuda mərtəbəsi bəlağət oldu

Məlul baxır hər biri bir diyarə,Bir kimsə yoxdur ki eyləsin çarə,Gözlərin bağlayıb çəkdilər darə,Gör ki nə bidad nə afət oldu

Bənd edib onları ağaclara təng,Nizamə durdular guya edir cəng,Çatladı bir dəfə iki yüz tüfəng,Mətai-ömrimiz xəsarət oldu

Kafirlər bunları etdi nişanə,Bulaşdı əndamı al qızıl qanə,Görübən xəlayiq düşdü əfqanə,Məhşərdən bu da bir əlamət oldu

Çevirib ətrafın iki səf saldat,Dolanır əlində təği komandat,Cəzm oldu bunlara həyatdən məmat,Qan yaşı çöllərə rəvayət oldu

Yığılıb başına qövm və qardaşı,Çeşmi-nədamətdən tökdülər yaşı,Belə nəqş edib qəza nəqqaşı,Hər nə oldu haqdan inayət oldu

Hər ata ki ayrı düşə pəsərdən,Əyləşib hüznündə sorar hər yerdən,Gəl işit xəbər pir-i pədərdən,İtirmiş Yusufun qiyamət oldu

Bu zaman əqli başından uçdu,Vay oğul deyibən torpağa düşdü,

Fəryad fəğanın dəftərin açdı,Çeşmi təknə bəfazət oldu

Yarəb necə olur işlər əncamı,Yetiş fəryada, al intiqamı,Kafir əlində əsirdi hamı,Müsəlman işi bəğayət oldu

Əlbəttə məxfi deyil huşyarə,Gün-bəgün məişət düşür düşvarə,Hatim bu mülkdən özgə diyarə,Köç indi, vaxtı-rəhalət oldu

Təsadüfi şeir

Başqa şairlərin şeirləri