Sevgilim, qoyma dilimdə nə şikayət qalsın,Nə də könlümdə, gözümdə acı həsrət qalsın.Gəl vəfasız, demə, bəsdir, səni candan sevənə,Qoymaram bir daha üstümdə bu töhmət qalsın.Bir gözəlsən ki, gözəllər sənə dikmiş gözünüDeyirəm, ölkədə haqqında bu söhbət qalsın.Son verək gəl bu şikayətlərə; səndən, məndən,Dərdə dözmək cavan aşiqlərə adət qalsın.Varsa şübhən sözümə, onda buyur, al, gözəlim,Ürəyim qəbrə qədər səndə əmanət qalsın.Gəl, Süleyman o qızılgül dodağından öpsün,Torpaq altında da ağzında bu ləzzət qalsın!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq