Təbriz yolu
Ürəyimdən çəkilib Təbrizə yol,Dağları, daşları qandır bu yolun.Ellər hürriyyəti, etdikcə parolEy nəsillər, yürüşə hazır olun!
Yenə şerimlə göyərçintək uçub,Çəkirəm baş o döyüşkən şəhərə.Yenə könlüm yeni bir mahnı qoşub,Gözü yollarda qalan dərdlilərə.
Təbrizin doğma bağından hələlik,Ah çəkib, qanlı çiçək-gül dərirəm.Qardaşım! Əslinə yaddır köləlik,Sənə öz mahnımı pay göndərirəm!
Dayanıb yolda bahar yüklü qatar,Bu qatar tən ürəyimdən keçəcək.Ayrılıq, göz yaşı, fəryad, nə ki var –Əbədilik vətənindən köçəcək!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-tebriz-yolu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gün batdı, külək yatdı,Tox bir quzu tək yatdı.
Bir dədə axtarıramEldən gizli deyil bu, yetim böyümüşəm mən,Məşq edirəm qələmlə kağızlar üstdə hərdən.
Əcaib əsərƏsər var ki, bilmirsən nə ad verəsən ona,Oxumaq mümkün deyil, min yol varaqlasan da.
Qəribə nitqGecə-gündüz sənətim yazmaqdır ancaq mənim,Qəlbim söz dəryasıdır, taleyimə bax mənim,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Dolandım cahanı həsrət, intizar,Əli kimi şahsuvarım var mənim.
GülEy gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
BəstiGəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!