Hər gün falıma baxıram,Ya əzələm, ya axıram,Burda yaman darıxıram,Çıxmağa bir səfərim yox.Zərrə-zərrə yığılıram,Tikə-tikə dağılıram,Təngə gəlib, boğuluram,Bir qələbəm, zəfərim yox.Bacarsaydım baş əyərdim,Ya da sinəmə dəyərdim,Hədər yaşadım deyərdim,Ağlabatan hədərim yox.Bu ya tilsimdi, ya ovsun,Allah özü məni vursun,Sevinmək bir yana dursun,Kara yetən kədərim yox...1998

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri