Vaxt olar qalxarsan ərşə-asmana,Vaxt olar havadan yönərsən, könül!Vaxt olar düşərsən çiskin, dumana,Vaxt olar hər işi qanarsan, könül!

Vaxt olar çıxarsan Məcnun dağına,Vaxt olar düşərsən qəm yığnağına,Vaxt olar yüz ataş kar etməz sana,Vaxt olar alışıb yanarsan, könül!

Vaxt olar Məhəmməd tez gələr coşa,Vaxt olar heç əlin getməz bir işə,Vaxt olar dönərsən dəmirə, daşa,Vaxt olar şüşə tək smarsan könül!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri