Bir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,Etməsin çox səni dünya belə mastən və qürura,Zikrdən qafil olub qəlbinə çox vermə sürura,İçgilən badeyi-vəhdət və şərabən və təhura

İndi ki pak bilib qəndi cənab qazı,Qoyma hərgiz simavarın kəsilə suzu-güdazı,Ola ərbabi-tələb bir iki il möhlətə razı,Almasan vicka oğlan nədi müstəqbəl-ü mazi,Qorxma, axırda qoyarlar sənə qistən və şühura

İndi ki iş belə düşdü, du soxul qənd ilə çaya,Çün munun əsli xətadır, sal özün sən də xətaya,Simavara dur, odun sal, bu əməl qaldı Xudaya,Axırı iş qalacaq, mən bilirəm, ah ilə vayə,Naümid olma ki Allah qəfura və rəhimən

Salmasın rahi-xətaya səni ol çayi-Xətayi,Simavar dalına axır verəcəkdir kənə tayı,

Gər Təhəmtən ola bilməz, çəkə hərgiz belə yayı,Görürəm payi-piyadə edəsən məskən o tayı,Satasan qır ilə saqqız İrvanən və şərura

Bu xəta didəni kor saldı təmam xalqı xətaya,Kim gətirdi bu haramzadəni, ta düşdü araya,Mal-u əmlakı satıb verdi qamu qənd ilə çaya,Borc əlindən qaça İslambula, ya kərb-ü bəlaya,Müxtəsər yeksər olub mədəni-şərra və şürura

Təpiş qəlbinə baisi çay olubdur, elə bavər,Stəkanı ələ almaq yetişər payına dəftər,Səhər qalmasa qəndi, olu bədxab, mükəddər,Əbədə olmayacaq heç anın qəlbi münəvvər,Gedər andan dəxi eyşən və nəşatən və sürura

Çaya tiryəki olub, qalmadı heç səbr-ü qərarı,Satdı ev fərşini həm cübbə-vü fanus-u fənarı,Dolanır küçələri, bəlkə görə dud buxarı,Ki əgər tüstüni görsə, basacaq tüstüyə sarı,Ev bə ev, xanə bə xanə və büyutən və dürura

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · İlahi eşq