Bir daşa söykənmişəm
Bir daşa söykənmişəmbir dağın ətəyində,Ürəyimə, beyniməqəribə hisslər gəlir.Gah gün doğur üstümə,işıqlanır varlığım,Gah da işığa qənimdumanlar, sislər gəlir.
Dağa baxdım, ruhumdadağ kimi ləngər oldu,Zirvələr Allah evi,qayalar səngər oldu.Bu yerdə kimi şair,kimi peyğəmbər oldu,Gözlərimin önünəən uca kəslər gəlir.
Ömrümüzü uzadanyerin-göyün ətridi,Yaradanın bizlərəhörmətidi, xətridi.Ya Quranın ayəsi,ya şeirimin sətridi,Qulağıma Tanrıdanilahi səslər gəlir.
Füzuli bağçasındanşirin bardı gələnlər,İlahiyə qonşudu,haqqa yardı gələnlər.Yunusdu, Mövlanadı,Şəhriyardı gələnlərQalx ayağa, Zəlimxan, qalx,müqəddəslər gəlir.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-bir-dasa-soykenmisem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Əcəb bilsəm bəni şeyda qılan kim?Bana bu eşq odın peyda qılan kim?
BaxBizi yoxdan var eləyən ol şahi-dildara bax,Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
NədənBir məclisdə beş sərdar var,On ikidi şam nədən?