Çəkərsiniz
Arılar, gül mənəm, qonun üstümə,Məndən nə çəksəniz saf çəkərsiniz.Başına götürər ətrim dünyanı,Sözün gülşənində kef çəkərsiniz.
Durnalar, yerləri göylərə qatdım,Sizinlə uçmağa hər gün can atdım.Elə ki, torpağın altında yatdım,Məzarım üstündə səf çəkərsiniz.
İnsanlar, ürəyim quzutək mələr,Başım nələr çəkdi, dünyada nələr.Hansı gün Zəlimxan ölüb desələr,O gün bircə dəfə of çəkərsiniz.
2001, 25 avqust
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-cekersiniz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Müstəzad
ای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
بازیچه نیست آخر آیین عشقبازیبا دوست درنگیرد تا روح در نبازی
Bitərəf şairBitərəf – şeirlər yazıram dedi,Çiçəkli çəməndən, bülbüllü bağdan.
Güldün, çəmənə qırmızı güllər sərdinÇovğunlu qışı güllü yaza döndərdin.