İstəkli yar, bir də demə,Nə sən Məcnun, nə mən Leyli.Bu gün də var, sabah da var,Həmən Məcnun, həmən Leyli.

Getməsin ağzımdan dadın,Canımı yandırsın odun.Qoy bu gündən olsun adın,Yar dodağı əmən Leyli.

Zəlimxanam, sağ canım ol,Heyran olum, heyranım ol.Gəl sən mənim ceyranım ol,Mən də sənə çəmən, Leyli.

1973, 17 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri