O, qeybətə düşmən idi
Neçə ömrüm var ki mənim,Dedi-qoduya baş qoşam.Kiminsə getdiyi yetmir,Ona da bir yoldaş qoşam?
Tikan etsəm gül evini,Ağlım, huşum artacaqmı?Yıxsam bir könül evini,Tikməyə vaxt çatacaqmı?
Neçə ömrüm var ki mənim,Boş söhbətə çənə verəm.Onu ya cinə, şeytana,Ya nifrətə, kinə verəm?
Kim istəyər, özü bilər,Dedi-qodu mənlik deyil.İblisin ilməsi, toru,Məkrin odu mənlik deyil.
Neçə ömrüm var ki mənim,Bir az səsə-küyə verəm.Bir az ağlı səyə verəm,Bir az başdan keyə verəm?
O, bahalar bahasıdı,Onu yelə niyə verəm?Gözümdə Allah işığı,Qəlbimdə nur öləcəyəm.
Yolu aydın, ruhu təmiz,Eşqi məğrur öləcəyəm.Bel götürüb, külüng alıb,Məzarımı qazarsınız.
Başdaşına sadə xətləBu sözləri yazarsınız:“Bir könülə toxunmadı,O, qeybətə düşmən idi.Qeybət adlı bağışlanmaz,Qəbahətə düşmən idi”.
2005, iyul
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-o-qeybete-dusmen-idi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Daha nəyi gözləyirsən,Döyüşə gir, Vətən oğlu!
Muğanna saz çalırdıİsa Hüseynova*Qalxıb yeddinci qata,
Tofiq Bayram dünyasıUstad şairimiz, unudulmaz könül dostum Tofiq Bayramın*böyük istedad sahibi olan oğlu Zakirin qəfil ölümü məni*
Ay Məmməd AslanÖlüb o yerlərdə qalam deyirdim,Kaş, onda öləydim, ay Məmməd Aslan.
Başqa şairlərin şeirləri
Sən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Ney tək nəvayə gəldi yenə, tutdu nar dilNey tək nəvayə gəldi yenə, tutdu nar dil,Bilməm nedim, nə çarə qılım mən, yanar dil.