Meyvəli payızlar, şaxtalı qışlar,Ömür-gün bəzəyən naxış deyilmi?!Alında düyünlər, üzdə qırışlar,Ömür sərgisinə baxış deyilmi?!

Günəştək nurunu hər yana saçıb,Dediyi zirvəyə ucalmağı var.Fəslin baharında gül-çiçək açıb,Fəslin payızında qocalmağı var.

1971, 6 noyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar