Özündən küs
Özündən küs, məndən niyə küsürsən,Nə dildəsən, nə ağızda, nə dişdə.Yandığını, söndüyünü görmədim,Nə közdəsən, nə kababda, nə dişdə.
Yanğı yoxsa, səda olmur, ün olmur,Buz ürəkdə kölgə olmur, gün olmur,Bar-bəhrəsiz ömür olmur, gün olmur,Nə sözdəsən, nə əməldə, nə işdə.
Tez açılıb, tez sönəndi baxtımız,Gec qurulur, tez yıxılır taxtımız,Bu dünyada beş-üç gündü vaxtımız,Nə birdəsən, nə üçdəsən, nə beşdə.
Ölü gördüm, heç görmədim sağ səni,Tanımadı dövran səni, çağ səni.Xatırlamaz aran səni, dağ səni,Nə yoldasan, nə yamacda, nə döşdə.
İnkar etdin hər məzhəbi, hər dini,Daşımadın bir kimsənin dərdini.Oynamadın bu dünyanın nərdini,Nə yekdəsən, nə beşdəsən, nə şeşdə.
2011, 5 fevral
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ozunden-kus
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əzizliklə saxladığın aşığı,*Zəlilliklə imtahana çəkirsən.*
GetdiAy ata, ürəyin od parçasıydı,Oldu buz parçası, soyudu getdi!
SənəAğlama, dözmürəm ağlamağına,Ağlama, gözünün yaşını saxla!
Mən də gedəsiyəmXəstəxanada mənə baş çəkməyə gələnlərin əksəriyyəti bir-*birindən xəbərsiz eyni cümləni təkrar edirdilər: “Dur ayağa, xəs -*