Peyğəmbər və şairlər
” (Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnızazğınlar uyarl“ Məgər görmürsənmi ki, onlar hər bir vadidə sər-gərdan gəzib-dolaşırlar? (Hər tərəfə meyil edir,birini yalandan mədh, digərini isə əbəs yerə həcvedirlər1)“ Və onlar etmədikləri şeyləri deyirlər (Onlarındediklərinin əksəriyyəti yalandır1)“Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikredən və zülmə uğradıqdan sonra intiqamını (haq-qını) alanlardan başqal Zülm edənlər isə (öləndənsonra) hansı dönüşə dönəcəklərini (hara düşəcək-lərini, aqibətlərinin necə olacağını, hansı inqilablasarsılacaqlarını) mütləq biləcəklər(“əş-Şüəra” surəsi, 224-227-ci ayələr)
Əsli-nəcabəti,
Şeytandan gələnlərhəcv edər səni.Xəmiri-mayasışərdən yoğrulan,Böhtandan gələnlərhəcv edər səni.
Xain tənəsindən,xəbis dilindən,Nankor toxumundan,namərd əlindən,Nanəcib qarnından,naşı belindən,Nadandan gələnlərhəcv edər səni.
İçi yamanlığınpaxırı, pası,Yerlərə müxənnət,göylərə asi,Hərzə danışmağın,məkrin ustası,Hədyandan gələnlərhəcv edər səni.
Gecə də, gündüz dəAllah evindəÇırpınan ürəklərVƏSİ edər səni.Müqəddəs torpağınqara bağrındaYamyaşıl çiçəklərVƏSİ edər səni.
Pətəkdə bal olar,çiçəkdə şirə,Çevrilər ocağa,çevrilər pirə,Yeddidən yetmişə,birdən min birəDövr edən fələklərvəsf edər səni.
Oxuyar eşqinləqumrular, qular,Açar qanadınınurlu duyğular.
Çağlayan çeşmələr,qaynayan sular,Qanadlı küləklərVƏSİ edər səni.
İrfan məclisininxonçası, xonu,Əxlaqın libası,həyatın donu,Sonun əvvəlisən,əvvəlin sonu,Ən təmiz diləklərvəsf edər səni.
Üzündən, gözündənnur yağa-yağaVurar naxışınıqaraya, ağa.Allahın əmriyləenər torpağa,Müqəddəs mələklərVƏSİ edər səni.
Şairlər başqa-başqa,şairlər cürbəcürdü,Biri sakit, ağıllı,biri dəlidi, kürdü.Biri Allah eşqiniöz başına tac eylər,Ağrısına təsəlli,dərdinə əlac eylər.
Bir sözünü dəyişməzmin-min sərvətə, zərə,Şükr edər Yaradana,üz tutar Peyğəmbərə.
Baxar ilahi sözə“Quran ayəsi” kimi,Duyar şeirin səsiniTanrının səsi kimilDildən çıxan haqq sözüocaq bilər, pir bilər,Tanrıya şəkk gətirməz,Allahını bir bilər.
Şairlər başqa-başqa,şairlər cürbəcürdü,Ona verilən ömrühər kəs bir yolla sürdü.Biri başın töhməti,üzümüzün qarası,Düzlərin sərgərdanı,çöllərin avarası.Biri şeytana uyankafirlərin kafiri,Biri Allah yolununən nurlu müsafiri.Birinin qələmindənpas tökülər, kir yağar,Birinin qələmindənşəfəq saçar, nur yağar.Şairlər var, dilindənaxar ilan zəhəri,Şairlər var, dilindənhəmişə “şükür” yağar.Şairlər başqa-başqa,şairlər cürbəcürdü,Birinin dediklərisaman çöpünə dəyməz,Birinin dedikləriləldi, gövhərdi, dürdü.
Allaha qarşı çıxıb,Haqq üzünə ağ olan,Kəlməbaşı hər sözütəhqir olan, lağ olan,Yaradana yox deyən,Allaha inanmayan,İlahi sevdasınabircə dəfə yanmayan,Şeytanı möhür kimiürəyinə həkk edən,Ən böyük həqiqətinvarlığına şəkk edən,Müsibət xəbərçisi,fəlakət bayquşları,Xəbislər, yarasalaronların tay-tuşları.Peyğəmbərin gözündəntökmək üçün yaşları,Tökmür, tökmək istəmirətəyindən daşları.Ən yaramaz bir işiözünə gərək bilən,Həcvi, məkri, təhqiriyol bilən, örnək bilən,Bu müşrik şairlərin,bu kafir şairlərin,Cəhənnəmə əbədimüsafir şairlərinPayını vermək üçün,Onların iç üzünüaçıb göstərmək üçünGəldi, vaxtında gəldiQurandakı ayələr.Azğınlar yaxşı bilsin,Uzaq yol gedə bilməz,çürükdürsə qayələrlEy mənim PeyğəmbərimlEy nurum, ey səhərimlSənə sataşanların,həddini aşanların,Atmaca atanların,günaha batanlarınAdı, sanı, soyadıCəhənnəm nişanəlinifrət dəftərindədirlRəhmətdən uzaq olanlənət dəftərindədirlLənət ilə anılırmin dörd yüz ildən bəriAbdulla əz-Zibərilİblis ürəklilərləçəkiləndə haqq-hesabLənət ilə anılırHubayrad ibn Vahab.Şairliyi kafirlikxəmrəsində yoğuran,Nəfəsi müsibətlər,faciələr doğuran,Qəlbində cin yığnağı,çiynində günah yükü,Bu kafir şairlərinBu günün özündə dəkəsilmək bilmir kökü.İyrənc əməlləriniyaşadanlar var hələ,Peyğəmbər bostanınadaş atanlar var hələ.Kafir şairlər öldü,ancaq kafirlik qalır,Onların arasındaşeytani birlik qalır.
Nə tapdı, nə qazandıdünənki Zibərilər,Hərçənd çoxu sonradandönüb müsəlman oldu,Müsəlman olanadəkpüskürdüyü qan oldu.Lənət kitabındadıbu gün Salman Rüşdülər,Tarixin kitabınaləkə kimi düşdülərl
Ey mənim PeyğəmbərimlTaxtım, tacım, sərvərimlMəndən salamlar olsunSənə iman gətirənHəsən ibn Sabitə,Abdullah ibn Kəbə.
Bu gün onların yeriYaradanın yanındaƏn möhtəşəm saraydı,ən uca bir mərtəbəlZaman nurtək yaşatdıAllaha, Peyğəmbərənur, işıq şairlərilBu günün özündə dəPeyğəmbər məqamınayaraşıq şairlərilRəhmətlə anır bəşərAllahı, Peyğəmbərizikr edən şairləri,Qatlandığı əzabda,yaratdığı kitabdaYaradana — Allahaşükr edən şairlərilBu gün kim xatırlamırŞeyximiz Nizamini?Əlişir Nəvaini,Əbdürrəhman Camini?Bu gün kim xatırlamırCəlaləddin Rumini?Min ildi Allah deyib,“Məsnəvi”Ylə titrədirürəklərin siminilBu gün kim xatırlamırYəsəvini, Yunisi,Hacı Bəktaş Vəlini?Bu böyük şairlərinqoy üstündən çəkməsinYaradan öz əlinilBu gün kim xatırlamırMəhəmməd Füzulini?Nəsimi deyildimidanışan quş dilini?Bu gün kim xatırlamırAdı peyğəmbər adlı Pakistanlı İqbalı?Bu günün Mövlanasıruhun cahi-calalı?Peyğəmbər ürəyinəvəhyi göndərən AllahŞairə, sənətkarasözü, ilhamı verdi.Məhəbbət çeşməsinionlara bağışladı,Söz dolu bir dəryanı,nur dolu camı verdi.
Ey mənim PeyğəmbərimlŞah sözüm, şah əsərimlMənim də millətiminən uca şairləri,şeyxləri, pirləriMüqəddəs əməliyləsənin xidmətindədirlSənin xeyir-duanda,sənin rəhmətindədirlAbbasqulu ağanınruhu bu gün uyuyur“Vadeyi-Fatimə”dər”.Anamızın adınıdaşıyan bir səhradalRacinin ölməz ruhuQırmızı dənizdədir,dalğalanır dəryada?)“Ürfan çobanı” CavidSənin eşqinlə yazdı,yaratdı “Peyğəmbər”ilSəni sevdiyi üçünYağdırdılar başınamin cür böhtanı, şərilAncaq qələbə çalannə şeytan, nə şər oldu,Qalan Cavid Əfəndi,bir də “Peyğəmbər” oldulŞeytanın şairləriyenə şər yanındadır,Tanrıya ucalanlarAllahın dərgahında,Peyğəmbər şairləriPeyğəmbər yanındadırl
Ey mənim PeyğəmbərimlYüküm, çəkim, ləngərimlSənin xidmətindədirilahi səs şairi,ruh və nəfəs şairilBu gün bir şair də var,könül və can şairi,Zəlimxan Yaqub kimiAzərbaycan şairi,Türk ruhuna, islamasədaqətin şairi,Sənin çox bəyəndiyinbir millətin şairi,Yaradana səcdənin,ibadətin şairil
Nə böyük bəxtəvərlik —Su kimi aydın, duru,bal kimi şirin olmaq,Od içində Zəmzəminsuyutək sərin olmaq,Sənin xidmətçin, qulun,sənin şairin olmaq,Ey mənim Peyğəmbərim,sənin şairinəm mənl
Üçüncü minilliyinəvvəlidir, əvvəli,Qəlbimdə sənin eşqin,üstümdə Haqqın əli,Dərya sən, qəvvas mənəm,qoynunda tapdım ləli,Ey mənim Peyğəmbərim,sənin şairinəm mənlMən də könlümü verdimHaqqa yar şairlərə,Bayrağını daşıyanbayraqdar şairlərə.Qoşulmadım bircə günqəlbi dar şairlərə,Ey mənim Peyğəmbərim,sənin şairinəm mənl
Kimsənin bostanınaheç zaman daş atmadım,Ömrümdə bir quşun dadimdiyin qanatmadım.Bir qəlbə toxunandaşirin yuxu yatmadım,Ey mənim Peyğəmbərim,sənin şairinəm mənl
Sənin dediklərinibaşımda tac elədim,Könlümün bağçasındaəriş-arğac elədim,Eşqini Kəbə bildim,qəlbimi hac elədim,Ey mənim Peyğəmbərim,sənin şairinəm mən!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-peygember-ve-sairler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Neyləsin boz səhrada dəvəsi ölmüş ərəb?Kimi ölmüş dəvədən, kimi atdan narazı.
Bələkdən təzəcə açılan uşaqBələkdən təzəcə açılan uşaq,Allahın bir parça işığı, nuru.
Bazar yoluBir məzar yoludu bu bazar yolu,Yoxsullar bu yolla ölümə gedir.
Könülsüz dərvişYoxsul bir həsirdi, bir Məmmədnəsir,Nə atı, nə də ki, arabası var.
Başqa şairlərin şeirləri · İlahi eşq
Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Fədakarlıq-mərdanəlikPay dər qeydi-əsarət yaşamaqdansa əgər,Hürr ölmək belə min vüsləti-dildarə dəyər.
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
به ذات پاک خدای کریم بی همتاکه از اراده او گشت سر «کن » پیدا