Mələk dodağında səslər eşitdim,Ruhuma hopdurdum o səsləri mən.Qəlbimə köçürdüm, qanıma yığdım,Bürün sevgiləri, həvəsləri mən.

Şeyximin yolunda olmadım naşı,Tökdüm Yunus kimi gözümdən yaşı.Vaxtında tanıdım Hacı Bəktaşı,Sevdim o sevdiyi nəfəsləri mən.

Qanad bağışladı küləklər mənə,Güc verdi tanrılar, fələklər mənə.“Dağıtl” deməsəydi mələklər mənə,Dağıda bilməzdim qəfəsləri mən.

2005, fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq