Qurban
Oxu, bir də oxu, ay Məlik dayı,Bir də de özündən, özünə qurban.“Sarıtel” üstündə orta pərdədə“Ay bulaq” dediyin sözünə qurban.
Odlu nəfəsinlə suya dönər qar,Açılar qəlbində qaynar bir bahar.Azaflı kəndində şeir ocağı var,O sönməz ocağın közünə qurban.
Yaşın yetmiş iki, ürəyin cavan,Hələ çay kimidi damarında qan.Borçalı balası cavan Zəlimxan,Sənin o görməyən gözünə qurban.
1973, 30 iyun
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qurban
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Allah! Sən özün yetiş hayıma, harayıma,Mülkümə, sərvətimə, varıma güllə dəydi!
Azərbaycan türkünün qanı tökülür bu günEşit məni Atilla, Alp Arslan, qalx məzardan,Qurtar xalqı zülümdən, qurtar milləti dardan.
Şair, bu gün şeirini evdə yox, səngərdə yazYapılan cinayətin çək üzünə şilləni,Qurulan xəyanətin vur gözünə gülləni.
Ağsaqqal sözüOğul, elə saxla qəlbi, ürəyi,Göy kimi boşalıb-dolandan olsun.