Şəhid ruhu
Ulu Tanrı! Bu qədər aman olmaz, ah olmaz,Ulu Tanrı! Bu qədər dərd ürəkdə şah olmaz.Allahsız insaf olmaz, insafsız Allah olmaz,Yana-yana tükəndik piltənin yağı kimi!
Güllərin yanağına yaş yayılıb, nəm düşüb,Ellərin ürəyinə dağlar boyda qəm düşüb.Millətin qismətinə beş ildi matəm düşüb,Bir-bir uralanırıq bostanın tağı kimi!
Çiçəyi bar tutmamış sökülən tağlar görüb,Ən çətin imtahanlar, ən qəmli çağlar görüb.Mənim xalqım nə qədər düyünlər, dağlar görüb,Dağ yoxdu bu dünyaya sinəmin dağı kimi!
Əyir həsrətin yükü əyilməyən başları,Fəryad külə döndərir qayaları, daşları.Atasız körpələrin gözdən axan yaşları,İçimizi göynədir içilən ağı kimi!
Ərtək meydana çıxmır, gizlənir, qaçaq gəlir,Dırnağında avtomat, dişində bıçaq gəlir.Torpağıma göz dikən nə qədər alçaq gəlir,Şər yeriyir üstümə qaniçən yağı kimi!
Tapdananda mənliyim, dağım düzə çevrilir,Alışanda varlığım, odum közə çevrilir.Titrəyəndə ürəyim, dərdim sözə çevrilir,Yandırır dodağımı bayatı, ağı kimi!
Kimlər yasa döndərib toyları, düyünləri,Kimlərdi eşitməyən harayları, ünləri.Şəhid ruhu! Özün yaz bu dəhşətli günləri,Qəhrəman bir millətin oyanmış çağı kimi!
Namərd düşmən gülləsi keçsə də sağ-solundan,Haqq yolunda vuruşan dönməz haqqın yolundan.Şəhid ruhu! Özün tut yıxılanın qolundan,Qaldır Azərbaycanın ən məğrur dağı kimi!
Şəhid ruhu! Sən bizi əsgər eylə, ər eylə,Ovxarla duyğumuzu, təzə saxla, tər eylə.Çağır müqəddəsiylə xalqı səfərbər eylə,Dalğalan başım üstə haqqın bayrağı kimi!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sehid-ruhu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Teleekranda fələstinli bir ana*saçlarını yolub ağlayırdı*
Nə qaldıHeç bilmirəm bu dünyanın üzündə,Göz yaşımız çilənməmiş nə qaldı.
Səni haqqa çağırıramSəmtini, qibləsini itirmiş bir nəfərə*Qayıt bulağın gözünə,
GələBir qaydadı, qış dalınca yaz gələr,Vay o gündən, qış dalında qış gələ.
Başqa şairlərin şeirləri · İlahi eşq
Kuhi-Tur olsa səlabətdə dili-aşiqi-zar,Duymaya tabi-təcəlliyə yenə Musa var
SözEy söz, nola dersəm sənə xürşidi-səmavat,Səndən alıyor nurü ziyayi həmə zərrat.
Nədir bu millətin günahı, Allah…Göyləri odlayır analar ahı…Allahda götürməz bu ahı, Allah…
Duzsan, elə bil, tamam lətafətsən sən.Tər gül kimisən, bütün təravətsən sən.