İçimdə bir dağ uçdu,Saray çökdü, him qaldı.Heç bilmədim dünyadaKim qırıldı, kim qaldı.

Qan, qada, qorxu, hədə,Canda ağrıdan zədə,Vurmadığım pərdədəÇalmadığım sim qaldı.

Vaxt gəldi, vədə yetdi,Ömrün möhləti bitdi,Şairlər öldü getdi,Şeirlər yetim qaldı.

2003, 1 may

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri