Tanrı hədiyyəsi
Açın mənim qəlbimi, oxuyun kitab kimi,Orda ilham adında cilvəli bir pəri var.Təkcə nazlanmaq deyil onun işi, peşəsi,Qayğıların içində min bir dərdi-səri var.
Duyğuların, hisslərin gah zilidi, gah pəsi,Çeşmələrin, çayların, bülbüllərin səsidi.İlham nə yaradırsa, Tanrı hədiyyəsidir,Qələm adlı qızılı, dəftər adlı zəri var.
Buluddan sıyrılan Ay, haqdan yanan şam mənə,Yuxusuz gecələrim ləzzət mənə, tam mənə.Mən ona can verməsəm, can verməz ilham mənə,Orda əlin qabarı, orda alnın təri var.
Söz qalxar qatar-qatar, söz gələr dəstə-dəstə,Hər qatarın ruhunda təzə səs, təzə bəstə.İlahi sovqatında, Allah verən nəfəsdə,Yerlərin ağırlığı, göylərin ləngəri var.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-tanri-hediyyesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İnsan oğlu vurulanda dünyaya,Yeri-göyü, dağı-daşı sevərmiş.
Dəli olmağıma bir addım qalıbBilmirəm heç nəyi, lələ, bilmirəm,Mən kiməm, nəçiyəm, hələ bilmirəm.
Bir Bayatı sənsən, bir Bayatı mənMənə can desən də, canım yox daha,Bir ruha, nəfəsə dönən çağımdı.
Bu axşamı sən gətirdinÖmrümüzün səhərləri, axşamları çox,Çiçək-çiçək ulduzları, ağ şamları çox.
Başqa şairlərin şeirləri · İlahi eşq
نفس را نیست مادت و مدّتقالب او راست آلت و عدّت
Ey dil, rəva deyil ki mən əğyarə yalvarımEy dil, rəva deyil ki mən əğyarə yalvarım,Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
SözEy söz, nola dersəm sənə xürşidi-səmavat,Səndən alıyor nurü ziyayi həmə zərrat.