Səni nə zamandı görmürəm deyən,Məni zərrə-zərə görən Tanrıdı.Göyərdən, bitirən, gözəlləşdirən,Şirin meyvə kimi dərən Tanrıdı.

Olmadım kimsənin haqqını danan,Haqdı içərimdən qalxan, boylanan.Gündüzlər Günəşdi gözümdə yanan,Gecələr yuxuma girən Tanrıdı.

Urvata mindirər sözü, kəlməni,Dərgaha qaldırar bir cüt əl məni.Bu yolu, yoxuşu, bu yüksəlməniYazan Zəlimxandı, verən Tanrıdı.

2006, iyul

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri