Sahibə xanıma

Məndən narahatdı məni sevən kəs,– Yerin rahatdımı?– Rahatdır! – dedim.

– Havalar necədir, orda havalar?– Nə isti, nə soyuq,babatdır! – dedim.

– Xoşuna gəldimi o mənzərələr?– Gözəllik, hər yerdəbüsatdır! – dedim.

– Özünü çox yorma, az gəz, az dolan,– Bu səfər ruhumaqanaddır! – dedim.

Bu sözlər qoyarmı heç yorulmağa,Şair sevilirsə, şair sevirsə,Onun əqidəsipoladdır! – dedim.

– Günün xoş keçirmi bizdən uzaqda?– Axırda bir şirin görüşü varsa,Həsrətin özü dəhəyatdır! – dedim.

2001, 9 iyun Vaşinqton

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri