Ürəyim nə istəyir,Budaqları yuvalı,Yuvaları havalıYaşıllıqlar ölkəsi,Yanında qaynar bulaq,Yaşıl ağac kölgəsi.

Ürəyim nə istəyir,O sərin kölgəlikdəBir cüt qız baxışları.

Ürəyim nə istəyir,Saçımızı isladanNarın yaz yağışları.

Ürəyim nə istəyir,Uçurumdan, aşırımdanKeçən ara yolları.Bülbüllərlə öpüşən,Yaylaqlara yetişənKəndin qara yolları.

Ürəyim nə istəyir,Qızıl yallı köhlən at,Dəli bir igid ömrü,At üstə keçən həyat.

Ürəyim nə istəyir,Analı günlərimi,Atalı günlərimi.

Sevgidən haşiyəli,Butalı günlərimi.

Ürəyim nə istəyir,Məni dağa qaldıran,Məni dağdan endirən,Aşıq kimi oxudan,Şair kimi dindirənDağ ola, aran ola.Bir möcüzə baş verə,Məni o günləriməAlıb qaytaran ola.

Ürək çox şey istəyir,Verəni göstər mənə.Qəlbindən keçənləriGörəni göstər mənə.Kimin gücü çatar ki,Keçmişini qaytarıbBu günlərə gətirə.Yüz də öldür özünü —Sabahımız xəyaldı,Dünənimiz xatirə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri