“Səndən mənə yar olmaz” operettasından

Səni görən gündənÇoxaldı dərdim.Özüm ürəyiməTəsəlli verdim.

Könlüm havalanıbKimə söyləyim?Canım yanır, yanırKimə söyləyim?

Bilmirəm düzünüKimə söyləyim?Qəlbimin sözünüKimə söyləyim?

Sevginin möhnətiDözülən deyil,Əlim yar əlindənÜzülən deyil.

Könül bağlamışamSavalan deyib.Gülüb, – ağlamışamSavalan deyib.

Bilmirəm düzünüKimə söyləyim?Qəlbimin sözünüKimə söyləyim?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq