Aşıq Əsəd

1874 — 1951 · Şair · XIX-XX əsr

  • Azərbaycanca (ərəb əlifbası)

Aşıq Əsəd (Rzayev Əsəd Əhməd oğlu) — ustad aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Aşıq Əsəd yaradıcı aşıq idi. Onun zil səsi, fasiləsiz zəngulələri, Koroğlusayağı nərəsi 30-luq lampanı söndürürdü. Bir neçə gün dalbadal səs tonu dəyişmədən oxuyurdu. Aşıq Əsəd həm də şair-aşıq idi. Onun yüzlərlə qoşma və gəraylıları aşıqların dilindən düşməmişdir. Aşığın 1939 və 1974-cu illərdə "Şeirlər" kitabı çap olunmuşdur. Bu şeirlər onun ədəbi irsinin bir qismidir. Çox fəal sənətkar olan Əsəd, hətta gördüyü, mütəəssir olduğu hadisəyə oradaca telli sazın avazı ilə söz qoşub oxuyardı. Aşiqanə lirik şeirləri ilə yanaşı, xalqın həyatını tərənnüm edən bir sıra şeirlər də yazmışdır. 1895-ci ildən müstəqil aşıqlıq etmiş, el arasında ustad sənətkar kimi tanınmışdır.

Mənbə: Vikipediya — «Aşıq Əsəd» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət