Bəxtiyar Vahabzadə

1925 — 2009 · Şair · XX-XXI əsr

  • Azərbaycanca

Bəxtiyar Mahmud oğlu Vahabzadə — Azərbaycan şairi, dramaturq və ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1945-ci ildən), Azərbaycan SSR xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2000), SSRİ (1984) və Azərbaycan SSR dövlət mükafatları laureatı (1976).

Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət" (1960–2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq disertasiyası müdafiə etmişdir (1964). 1950-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində müəllim, dosent və Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır. 1990-cı ildə təqaüdə çıxmışdır.

Əsərləri. Azərbaycan Milli Kitabxanasının elektron oxu zalında: kitab 7752, kitab 8053, kitab 8866, kitab 8873, kitab 8881, kitab 9146.

Mənbə: Vikipediya — «Bəxtiyar Vahabzadə» · CC BY-SA 4.0