Sandıqdan səslər

Bəxtiyar Vahabzadə
  • Şeir
  • XX-XXI əsr
  • 10 əsər
  • Oxu müddəti: 12 dəq
Kitabın başlanğıcı
Sovetlər İttifaqı dağılandan sonra arxivimi araşdırdım, gənclik illərindən yazmağa başladığım gündəliklərimi, çap olunmamış şeirlərimi varaqladım, keçdiyim yolları dəftər səhifələrində yenidən keçib həm fərəhləndim, həm də təəssüfləndim. Ona görə fərəhləndim ki, gənclik illərimdə də həqiqəti görmüş, ağı qaradan seçə bilmiş, duyğularımı, fikirlərimi qəlbimdə gizlətməmiş, müəyyən qədər yazıya köçürə bilmişəm. Ona görə təəssüfləndim ki, ömür yollarında büdrəmələrim də olmuş, duyğu və fikirlərimi açıq-aşkar və tam dəqiqliyi ilə yaza bilməmiş, zamanın tufanlarından ehtiyat etdiyim hallar da olmuşdur. O dəhşətli illərdə çapa verə bilmədiyim, yalnız yazmaqla təsəlli tapdığım bu şeirlər qəlbimin fəryadı - yəni, o zamanın ağrı, acılarıdır. 1950-ci illərdən Sovetlər İttifaqı dağılana qədər yazılmış və arxivimdə gizlədilmiş bu şeirlərin bir qismi ilk dəfə "Nağıl-həyat" (1991), "Ümidə heykəl qoyun" (1993), "Körpü çaydan uzaq düşüb" (1996) kitablarımda, tam halda isə 7 cildlik "Əsərləri"min 6-cı cildində (2003 "Sandıqdan səslər" başlığı altında çap olunmuşdur. Burada verilən şeirlər onların yalnız cüzi bir qismidir.
Oxumağa başla

Məzmun

  1. MüəllifdənSovetlər İttifaqı dağılandan sonra arxivimi araşdırdım, gənclik illərindən yazmağa başladığım gündəliklərimi, çap olunmamış şeirlərimi…Şeir · 1 dəq
  2. Nağıl - həyatAnam olsan belə, ay anam, xeyli,Şeir · 2 dəq
  3. Hörümçək tor bağladıTariximiz danıldı,Şeir · 1968 · 1 dəq
  4. QorxuMən qorxuram, sən qorxursan,Şeir · 1972 · 1 dəq
  5. Belə qalmazSabir demiş, "Biz ərlərik",Şeir · 1974 · 1 dəq
  6. Diz üstəO, çox əzəmətli, çox qüvvətlidirŞeir · 1 dəq
  7. MüsavatZülmətlə savaşlarda zəfər çaldığı gündən,Şeir · 1977 · 1 dəq
  8. Səbr elədikAçan gündən gözümüzüŞeir · 1979 · 2 dəq
  9. Lal - karDil açmada lallıq da gedər, karlığımız da.Şeir · 1 dəq
  10. Başqasının yasındaDərindir, qorxuludur sakit axan lal sular.Şeir · 1981 · 1 dəq