Açan gündən gözümüzüÜmidlərin laylasındaXumar gördük özümüzü.Arzumuzu vermədilər,Bizə ancaq döz, dedilər.Elə bildik, düz dedilər.Hər gecənin gündüzü var,Gələcək gündüz, dedilər.Biz gözlədik.Qəlbimizdə baş qaldıranümidləri əzizlədik.Hey izlədik,Uca-uca kürsülərdənVəz olunan nitqləri.Həyatda yox,qəzetlərdə göstərdilərbizə yalnız xeyri-şəri.Şirin-şəkər yalanları yeyə-yeyəBiz inandıq gələcəyə.O gəlmədi,Düz əyildi,Əyriliklər düzəlmədi.Arzumuzun əvəzinəBizə yenə söz verdilər.Həqiqəti görməməkçünDəyişdirib gözümüzüBizə başqa göz verdilər.Baxıb saxta gözümüzləHamar gördük çuxuru biz.

Saray bildik axuru biz.Görəmmədik qat bağlayan paxırı biz.Bu paxırı görənləri,Xalq yolunda candan keçən ərənləri"Xalq düşməni" damğasıylaLəkələyib məhv etdilər.Haqq adına haqqı yıxıb sürütdülər.Bozu ağdan seçənlərizindanlarda çürütdülər.Susub dözdük, döz, dedilər.Sözdən boluqSöz içində üz, dedilər.Söz içində üzə-üzəSəbrimizdən bəzək vurduq ömrümüzə.Hər cəfaya dözə-dözəBiz alçaldıq addımbaşı.Qul etdilər vətənində vətəndaşı,Ayaq altda palaz oldu ləyaqəti.Biz ucalıq zənn elədik rəzaləti.Səbr elədik.Qara günü ağ söz ilə pərdələdik.Zənn etməyin,bədbəxtliyi özümüzə dərd elədik."Biz xoşbəxtik, bəxtəvərik" - sözləriniŞüar kimi dilimizdə vird elədik.Qırıb qalın meşələriPambıq əkdik.Qanımızdan gülab çəkdik.Yüz hektarın məhsulunu on hektara,On nəfərin məhsulunu bir nəfərəyaza-yaza,Həm insanı, həm torpağıNecə verdik biz güdaza.Meydan verdik ağ yalana,Həqiqət də tapdalana-tapdalanaÇəkildi dağlar dalma,Bəlkə... orda daldalana.Səbr elədik,Özümüzə cəbr elədik.Orden, medal yarışındaDumanladıb beyinləriDDT-ylə zəhərlədikYüz-yüzləri, min-minləri.Bircə çəngə ağ pambığaQurban verdik gənc qızları, gəlinləri.Bu dünyaya göz açmamış körpələriBətndəcə zəhərlədik.Yaşamadıq, baş girlədikYalan-yalan vədləri yeyə-yeyə,Ümid ilə qarnımızı doyuzdurub,Biz inamla yenə baxdıq gələcəyə.Gələcəklər gəlib keçdi,Ümidimiz doğrulmadı.Şirin-şəkər yuxular da çin olmadı.Amma yenə səbr elədik.Qəlbimizi arzulara qəbr elədik.Susmağı da qeyrət sandı qeyrətimiz.Səbrimizin laylasındaxumarlandı qeyrətimiz.Bu dözümə,Bu zülüməHeyrətdədir heyrətimiz!

Sentyabr, 1979

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri