Ömrün payızı
Yavaş-yavaş
Dövran tez dolanır, illər tez gəlir.Biz də dəyişirik hey ildən-ilə.Ömrün pillələri necə düz gəlirAna təbiətin fəsillərilə!
İlk bahar çağıdır uşaqlıq ömrün,Şıltaqdır, oynaqdır kəpənək kimi.Ömrün yay çağıdır gənclik büsbütün,Coşğundur, dəlidir o, külək kimi.
Barlı-bəhərlidir payızı ömrün,İnsan da bar verib əyir başını.Dünyanı dərindən dərk etmək üçünDüşünüb, gizlicə çatır qaşını.
Ağarır saç, saqqal ömrün qışında,Həyat zəifləyir, axıra çatır.Əl-ələ verərək, qoca yaşındaİnsan mürgüləyir, təbiət yatır.
Ömrün payız fəsli sıxdı əlimi,Yoxsa qocalıram mən yavaş-yavaş.Payızda yarpağa xal düşən kimiDüşür saçlarıma dən yavaş-yavaş.
Ağaclar soyunur, yer xəzəllənir,Fikir dumanlanır, gözlər zillənir,Güllərin üstünə enən tək enirMənim gözlərimə çən yavaş-yavaş.
Soyuyur havalar, soyuyur bütün,Qısalır, qısalır günlər günbəgün.Axı, yaxınlaşır qürubu ömrün,Əyilir dağlardan gün yavaş-yavaş.
Saralır get-gedə çöl, çəmən, çayır,Könül hər saatı ömürdən sayır.Bir səs qulağıma hey pıçıldayır: -Bəxtiyar, göylərdən en yavaş-yavaş!
Oktyabr, 1960
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-omrun-payizi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hamı adilikdən qalxıb ucalmaq,Hamı bu millətə ağsaqqal olmaq,
Əgər qorunmazsa istiqlalımızQəribə zamanda yaşadıq, oğul,Bilmədik maskayla üzün fərqini.
Təzədən yaratsın yaradan biziYalan mamırlanıb ürəyimizdəHaram maya tutub çörəyimizdə.
Ümidə heykəl qoyunÜrək yaşar həmişəÜmidiylə qol-boyun.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ay ariflər, gəlin sizə söyləyim,Gətirir bağçalar bar Dağıstanda.
Sanei-qüdrətdən siyəb xallarınSanei-qüdrətdən siyəb xalların,Arizində nə zindanə duşübdür.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Məni hər kim edib ol mahliqadən məhrumMəni hər kim edib ol mahliqadən məhrum,Görüm olsun onu əltafi-xudadən məhrum.