Cəfər Cabbarlı
1899 — 1934 · Dramaturq · XX əsr
- Azərbaycanca
- Azərbaycanca (ərəb əlifbası)
1924-cü ildə Cəfərin böyük qardaşı Hüseynqulu öldü. Bu ölüm Cəfəri çox sarsıtdı, çünki Hüseynqulu ona qardaşlıqla yanaşı atalıq etmişdi. Cəfər ailənin ən kiçik uşağı idi. Onun atası Qafar kömürçülüklə məşğul olurdu. Anası Şahbikə xanım isə evdar qadın idi. Cəfər 1922-ci ildə əmisi qızı Sona xanımla ailə həyatı qurdu. Bu evlilikdən onun Aydın və Gülarə adlı 2 övladı oldu. Onun böyük oğlu Aydın Cabbarlı 1924-cü ildə anadan olmuşdur. O, tibb elmləri namizədi idi. Qızı Gülarə Cabbarlı isə filoloq, həmçinin Cəfər Cabbarlının ev-muzeyinin direktoru idi. C. Cabbarlının özünün təqdim etdiyi anketdə himayəsində 8 nəfərin — həyat yoldaşı Sonaxanım, 3 yaşlı oğlu Aydın, qayınanası Zeynəb, vəfat etmiş qardaşı Hüseynqulunun 50 yaşlı həyat yoldaşı Zinyət, 65 yaşlı digər arvadı, 4 yaşlı oğlu Heydər, 12 yaşlı oğlu Əlbəndə, 14 yaşlı qızı Mələk — olduğunu və aylıq cəmi 99 manat əməkhaqqı aldığını qeyd edir. 8 ilə yaxın müddətdə Kommunist qəzetində çalışmış, lakin sonradan bu kollektivdən uzaqlaşmaq məcburiyyətində qalmışdır. 1928-ci ildən Azərbaycan Dövlət Türk Akademik Dram teatrosunda tərcüməçi və ədəbi hissə müdiri kimi fəaliyyətə başlamışdır.
1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alır. Sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. Lakin o, ərizə yazıb həmin fakültədən çıxır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. 1924–1927-ci illərdə isə C. Cabbarlı Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin filologiya şöbəsində də təhsil almışdır.
Kitablar
Bütün əsərləri (191)- Cəfər CabbarlıDramlarDramDramlar, 2 əsər
- Cəfər CabbarlıFaciələrDramFaciələr, 2 əsər
- Cəfər CabbarlıVəfalı SəriyyəDramVəfalı Səriyyə, 4 əsər
- Cəfər CabbarlıOqtay EloğluDramOqtay Eloğlu, 2 əsər
- Cəfər CabbarlıHekayələrNəsrHekayələr, 14 əsər
- Cəfər CabbarlıCabbarlı – ŞeirlərŞeirCabbarlı – Şeirlər, 35 əsər
- Cəfər CabbarlıSatirik şeirlərŞeirSatirik şeirlər, 72 əsər
- Cəfər CabbarlıPoemalarŞeirPoemalar, 1 əsər
- Cəfər CabbarlıKiçik həcmli və natamam pyeslərDramKiçik həcmli və natamam pyeslər, 4 əsər
- Cəfər CabbarlıMəktublarMəktubMəktublar, 1 əsər
- Cəfər CabbarlıLibrettolarDramLibrettolar, 2 əsər
- Cəfər CabbarlıMəqalələrNəsrMəqalələr, 45 əsər
- Cəfər CabbarlıCabbarlı – PyeslərDramCabbarlı – Pyeslər, 7 əsər