Hacı ağa Fəqir Ordubadi

1836 — 1886 · Şair · XIX əsr

  • Azərbaycanca (ərəb əlifbası)
  • Farsca

Hacı ağa Fəqir Ordubadi — görkəmli Azərbaycan nasiri Məmməd Səid Ordubadinin atası, dövrünün tanınmış ziyalısı və şairi.

Firidun bəy Köçərlinin tədqiqatlarına əsasən, Fəqir Ordubadi Şirazda təhsil almış, ərəb və fars dillərini yüksək səviyyədə mənimsəmişdir. O, Şərq klassiklərinin — xüsusən Sədi, Hafiz, Xəyyam, Nizami və Füzulinin əsərləri ilə yaxından tanış olmuş, onların təsiri altında şeir sənətində yetişmişdir.

Mənbə: Vikipediya — «Hacı ağa Fəqir Ordubadi» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət