Fikrət Qoca
1935 — 2021 · Şair · XX-XXI əsr
- Azərbaycanca
Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasınının xalq şairi (1998)
Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.
Əsərləri. Azərbaycan Milli Kitabxanasının elektron oxu zalında: kitab 9443, kitab 10405, kitab 10412.