Həsənəli xan Qaradaği

1848 — 1929 · Şair · XIX əsr

  • Azərbaycanca (ərəb əlifbası)
  • Farsca

Həsənəli xan Qaradaği — Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi.

Məlumdur ki, 1500-cü ildə I İlyas xəlifə başçılıq etdiyi Toxmaqlı oymağı ilə hələ şahlıq taxtına əyləşməmiş İsmayıla qoşulmuş və elliklə Cənubi Azərbaycana, Qaradağa köçmüşdür. I İlyas xəlifə Səfəvilər dövlətinin qurucularından biri hesab olunur. O, I Şah İsmayılın vəfatından (1524) sonra I Şah Təhmasibə (1524–1576) xidmət etmişdi. Oğlu I Şəmsəddin xəlifə, nəvəsi Əhməd xəlifə Qaradağ (Dizmar) mahalının hakimi olmuşlar, öz növbəsində Əhməd xəlifənin oğlu Mahmud sultan (1691-ci ildən), nəvəsi Bayandur sultan da (1701-ci ildən) həmçinin Qaradağ (Dizmar) mahalına hakimlik etmişlər. Bayandur sultanın oğlu Məhəmmədqasım xan (1716-cı ildən), nəvəsi Məhəmmədkazım xan (1730-cu ildən), Məhəmmədkazım xanın oğlu Mustafaqulu xan (1763-cü ildən) və nəvəsi Məhəmmədqulu xan (1801-ci ildən) Qaradağ xanlığının xanı olmuşlar. 1804-cü ildə Məhəmmədqulu xan rəiyyəti ilə birgə Şimali Azərbaycana köçüb Şuşada məskunlaşır. Rus ordusunun polkovniki idi. Oğlu Həsənəliağa xan Qaradağski (ata) rus ordusunda poruçik rütbəsində xidmət edirdi. Həsənəliağa erkən vəfat etdiyindən və oğlunun dünyaya gəlməsini görmədiyindən onun oğluna da Həsənəliağa adı verilir.

Mənbə: Vikipediya — «Həsənəli xan Qaradaği» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət