Didaktik şeirlər
Həsənəli xan Qaradaği- Şeir
- XIX əsr
- 1 əsər
- Oxu müddəti: 1 dəq
Uşaqlar, hazırlaşın, durun, gedin məktəbə,
Tə’lim alıb oxuyun, adət edin ədəbə.
Gün çıxıbdır, qalxıbdır, xoruz çoxdan banlıyır.
Tez geyinin, gün, xoruz sizi tənbəl anlıyır.