Heyran xanım
~1790 — ~1848 · Şair · XIX əsr
- Azərbaycanca (ərəb əlifbası)
- Farsca
Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi.
Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır. Əsərlərinin 3 əlyazması (Bakı, Tehran və Tbilisi nüsxələri) məlumdur; bunlardan ən mükəmməli şairənin sifarişi ilə yazılmış Bakı nüsxəsidir. Həmin nüsxə Azərbaycan Respublikası Əlyazmalar İnstitutunda saxlanılır.