İlyas Əfəndiyev

1914 — 1996 · Dramaturq · XX əsr

  • Azərbaycanca

İlyas Məhəmməd oğlu Əfəndiyev — nasir, dramaturq, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972).

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-da Qaryaginin (indiki Füzuli rayonu) hal-hazırkı Saracıq kəndində tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub, alqı-satqı işləri ilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.

Əsərləri. Azərbaycan Milli Kitabxanasının elektron oxu zalında: kitab 8037, kitab 8401, kitab 8404, kitab 8529.

Mənbə: Vikipediya — «İlyas Əfəndiyev» · CC BY-SA 4.0