Söyüdlü arx

İlyas Əfəndiyev
  • Nəsr
  • XX əsr
  • 1 əsər
  • Oxu müddəti: 4 saat 10 dəq
Kitabın başlanğıcı
Mən Güney qışlaqdan çıxandan bəri həyatımın bu kədərli sərgüzəşti haqqında kimsəyə bir söz deməmişəm. Onu yüz dəfə gözümün qabağına gətirmişəm, yüz dəfə xatırlamışam, lakin heç kəsə heç nə söyləməmişəm. İndi o günlər bütün təfsilatı ilə xəyalımdan gəlib-keçir, hər şeyi o qədər aydın görüb hiss edirəm ki, elə bil, bunlar hamısı dünən, srağagün baş vermişdir.
Oxumağa başla
YükləPDF 5 MBSkanı oxuPDF: çap nəşrinin skanı