Kişvəri

Şair · XV əsr

  • Azərbaycanca (ərəb əlifbası)

Nemətullah Kişvəri — Azərbaycan şairi. XV əsrin ortalarında Cənubi Azərbaycanın Dilməqan (indiki Səlmas) şəhərində anadan olmuş, 1490-cı ilə qədər Ağqoyunlu sultanı Yaqubun sarayında yaşamış, sultan öldürüldükdən sonra saraydan uzaqlaşdırılmışdır. Onun adı Nemətullah, təxəllüsü isə Kişvəridir.

O, Təbriz ədəbi mühitində formalaşmışdı. Saray şeir ənənələrinə əməl etmək məcburiyyəti qarşısında qalmış istedadlı şair məddahlığa alışa bilməmiş, Ağqoyunlu sarayını tərk edərək 6 divan yaratmış özbək şairi, mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvaiyə pənah aparmışdır. Kişvəri Azərbaycan (türk) və fars dillərində "Divan" yaratmış, əsasən lirik qəzəllər müəllifi kimi tanınmışdır.

Mənbə: Vikipediya — «Kişvəri» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət