Mehdi bəy Şəqaqi

Şair · XVIII əsr

  • Azərbaycanca (ərəb əlifbası)
  • Farsca

Mehdi bəy Şəqaqi — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi, Molla Pənah Vaqifin müasiri. Şeirlərini «Mehdi» təxəllüsü ilə yazıb.

Salman Mümtazın yazdığına görə, cəsarətli, bədahətən şeir deyən, dili iti bir şair olub: rəiyyətdən sədr-əzəmə, padşaha qədər heç kəs onun həcvlərindən yaxasını qurtara bilməyib, harada ədalətsizlik görsə, dərhal həcv yazıb. Fətəli şah Qacarın sarayına yaxın olub, bir müddət saray təsirinə düşüb mədhiyyə və qəsidələr yazsa da, sonra yenə öz yoluna qayıdıb. Azərbaycanca və farsca şeirlər yazıb; «Mükərrər» şeiri bu çətin sənətin nümunəsidir.

Şeirlərini Salman Mümtaz toplayıb 1928-ci ildə «Azərbaycan ədəbiyyatı» silsiləsinin 14-cü kitabı kimi nəşr etdirib.

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət