Cəlil Məmmədquluzadə

1869 — 1932 · Yazıçı · XIX-XX əsr

  • Azərbaycanca (ərəb əlifbası)

Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869, Naxçıvan, İrəvan quberniyası – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizmin (qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının) əsasını qoymuş ictimai xadim hesab olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Mənbə: Vikipediya — «Cəlil Məmmədquluzadə» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət