Mir Həmzə Nigari
1805 — ~1885 · Şair · XIX əsr
- Azərbaycanca (ərəb əlifbası)
- Farsca
Mir Həmzə Nigari — Sufi şairi, təsəvvüf alimi.
Təhsilini Şəkinin Dəhnə kəndində dövrün alimlərindən dərs alaraq tamamladıqdan sonra mürşid axtarmaq məqsədilə səyahətə çıxmışdır. Səyahəti əsnasında Mövlanə Xalid Bağdadinin adını eşitmiş və Bağdada getmək üçün yola çıxmış, ancaq Harputa çatanda Mövlanə Xalidin vəfat etməsi xəbərini almış, sonra Sivasa gəlmiş, daha sonra isə Qarabağa qayıtmışdır. Qarabağda ikən, rəvayətə görə, “ulu babası Həzrət Əlinin mənəvi işarəsi” ilə "Hər bir nəfəsi Məsih-əsa, hər bir nəzəri nazir-i kimya" dediyi İsmayıl Şirvaniyə mürid olmaq üçün Kürdəmirə gəlmişdir. Şeyx İsmayılın müridi olmuşdur.