Mikayıl Müşfiq

1908 — 1938 · Şair · XX əsr

  • Azərbaycanca
  • Azərbaycanca (ərəb əlifbası)

Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru.

Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyalarının qurbanı olub və 1938-ci ildə güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır.

Mənbə: Vikipediya — «Mikayıl Müşfiq» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət