Mirzə Məhəmməd Tağı Qumri

1819 — 1891 · Şair · XIX əsr

  • Azərbaycanca (ərəb əlifbası)

Mirzə Məhəmməd Tağı Qumri — XIX əsrdə yaşayıb-yaratmış azərbaycanlı şair.

Mirzə Məhəmməd Tağı Qumru 1819-cu ildə (h. 1235) indiki Dağıstanda, Dərbənd şəhərində anadan olmuşdur. Bir çox sivilizasiyanın yerləşdiyi bir məkan olan Dərbənddə xalqın hələ orta əsrlərdə, Ərəb hakimiyyəti dövründə türk dilində danışdığı mənbələrdə qeyd edilmişdir. XIX əsrin ortalarında Dərbəndə səfər edən tədqiqatçılar, türk dillərindən Azərbaycan türkcəsinin şəhərdə geniş şəkildə danışıldığını və bu dilin şəhərdə hakim olduğunu bildirmişlər. Mirzə Məhəmməd Tağı XIX əsrdə Dərbənddə yaşanayan ən məşhur şairlərdən biri idi. Atasının adı İbrahimdir. O əsərlərində özündən Mirzə Məhəmməd Tağı ibnül-mərhum İbrahim və ya Qumri kimi bəhs etmişdir. Əsərlərində Qumri təxəllüsünü istifadə etmişdir.''*

Mənbə: Vikipediya — «Mirzə Məhəmməd Tağı Qumri» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət