Rəşid bəy Əfəndiyev

1863 — 1942 · Yazıçı · XIX-XX əsr

  • Azərbaycanca (ərəb əlifbası)

Rəşid bəy Əfəndiyev və ya Rəşid bəy Əfəndizadə — Azərbaycan maarif xadimi, yazıçı, etnoqraf, pedaqoq və metodist.

O, Mirzə Fətəli Axundovdan sonra ilk dramaturqlardan hesab edilir. Bu əsərinin müvəffəqiyyətindən ruhlanan müəllif sonralar da ardıcıl olaraq bədii yaradıcılıqla məşğul olmuşdur. On il Qutqaşendə müəllimlik etdiyi, 8 il Tiflis dini işlər idarəsində katib müavini vəzifəsində çalışdığı və nəhayət, 16 il Qori seminariyasında müəllim olduğu zamanlarda heç vaxt yazıçılıqdan uzaqlaşmamış, xüsusilə təlim-tərbiyəyə aid səhnə əsərləri yazmağa səy etmişdir. Rəşid bəy Azərbaycanın məşhur və çalışqan müəllimlərindən idi. Ömrünü məktəb, tərbiyə işinə, dərs kitablarının, uşaqların marağını oxşayan pyeslərin yaranmasına sərf etmişdir. Onun "Uşaq bağçası" adlı əlifba kitabı və "Bəsirətül-ətfal" adlı qiraət kitabı Azərbaycanda şöhrət qazanmış ilk dərs kitablarındandır. O, dəfələrlə İstanbula gedir, düzəltdiyi dərs kitablarını min zəhmət ilə çap etdirirdi.

Mənbə: Vikipediya — «Rəşid bəy Əfəndiyev» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət