Sabir Rüstəmxanlı

d. 1946 · Şair · XX əsr

  • Azərbaycanca

Sabir Xudu oğlu Rüstəmxanlı — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının xalq şairi (2005), Vətəndaş Həmrəyliyi Partiyasının sədri (1992-ci ildən), Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV və VI çağırış deputatı (1995–2015, 2020–2024).

Əmək fəaliyyətinə tələbəlik illərindən başlamış, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilmişdir. 1974–1975-ci illərdə ordu sıralarında xidmət etmişdir. Bu sırada elmi işlə də məşğul olmuş, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. S. Rüstəmxanlı 1976-cı ildə "Cəlil Məmmədquluzadə və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir.