Şeyx Mahmud Şəbüstəri

1287 — 1320 · Şair · XIII-XIV əsr

  • Farsca

Səəd əd-Din Mahmud ibn Əbdul Kərim ibn Yəhya Şəbustəri — Azərbaycan alimi, filosof, sufizmin ən görkəmli nəzəriyyəçilərindən olmuşdur.

Şəbüstəri Misir, Hicaz, Suriya, İraq və başqa ölkələrə səyyahətlər edib, oradakı alimlərlə tanış olmuş və onlarla məktublaşmışdır. Məhəmmədəli Tərbiyətin yazdığına görə, şirvanlı səyyahlardan biri Şəbüstərinin Kirmanda da olduğunu iddia edir. O, Kirmanda evlənmiş və orada uşaq və nəvələri də qalmışdır. Şəbüstərinin nəslindən çıxanlar arasında elm və ədəbiyyat xadimləri də vardı. Onun oğlu şair olmuş və atasının məşhur "Gülşəni-raz" əsərinə şərh yazmışdır.

Mənbə: Vikipediya — «Mahmud Şəbüstəri» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət