Seyid Əzim Şirvani

1835 — 1888 · Şair · XIX əsr

  • Azərbaycanca (ərəb əlifbası)
  • Farsca

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Seyid Əzim Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Füzuli şeirlərinə yazdığı nəzirələr də vardır. Lakin bunlar şairin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Bu qəzəllər içində də aşiqanə qəzəllər daha çox yer tutur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhvali-ruhiyyə, dini etiqad xüsusi yer tutur. adlı geniş bir məqalə yazmışdır. A. Zaxarov yazır ki, Seyid Əzim həmin məktəbi 18 ildir ki, idarə edir. O (Seyid Əzim), fars, ərəb və bir neçə Dağıstan ləhcələrini də bilir. Onun məktəbində 33 nəfər şagird oxuyur; bunlardan 12 nəfəri həftədə 15 qəpik, 9 nəfəri 20 qəpik və 12 nəfəri isə 25 qəpik tədris haqqı verir ki, cəmi 6 manat 60 qəpik edir. Seyid Əzim bir neçə il bu cür dərs dedikdən sonra, tərcümə etdiyi əsərləri və öz şeirlərini toplayıb "Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani" adlı bir dərs kitabı tərtib etmişdir. Seyid Əzim həmin dərsliyin əlyazması şəklində o zamanlar Qori seminariyasının tatar şöbəsi müdiri A. O. Çernyayevskiyə göndərmiş və A. O. Çernyayevski də həmin kitabdan bir neçə hekayə alıb, tərtib etdiyi "Vətən dili" dərsliyində çap etdirmişdir. Seyid Əzimin ölümündən sonra onun oğlu müəllim Mir Cəfər, vaxtilə atasının məktəb şagirdləri üçün düzəltdiyi və əlyazması şəklində olan materialları toplayıb nizama salır və 1895-ci ildə Təbriz şəhərində daş basması ilə bir kitab nəşr etdirir. Həmin kitabdan müəyyən müddət mollaxanalarda və məhəllə məktəblərində bir dərslik kimi istifadə olunmuşdur. Seyid Əzim bütün maddi və mənəvi çətinliklərə baxmayaraq, 18 ildən artıq öz məktəbində müəllimlik etmişdir. Nəhayət, bir tərəfdən mövhumatçıların və ruhanilərin müxtəlif bəhanələrlə ona qarşı hücuma keçmələri, digər tərəfdən də o zaman Şamaxıda dövlət tərəfindən açılan şəhər məktəbinin təsiri nəticəsində get-gedə həmin məktəb artıq öz fəaliyyətini dayandırmağa məcbur oldu. Seyid Əzim isə Şamaxıda açılmış həmin şəhər məktəbinə müəllim təyin edilib, ömrünün sonuna qədər orada Azərbaycan dili və ədəbiyyat dərslərini aparmışdır. Seyid Əzimin "Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani" adlı dərs kitabından başqa "Tacül-kütüb" adlı dərslik də yazmışdır. Bu dərsliyə şairlərdən və müxtəlif ədəbi mənbələrdən etdiyi tərcümələri də daxil etmişdir.
Neçə müddətdir ki, Həsən bəyi zar,
Hüsnü-tədbir ilə o fəxri-kibar,
Öz qədimi misalımızda haman,
Qəzetə çapını edib ünvan.
İzn hasil qılıbdır dövlətdən,
Biz gərək dəm vuraq səadətdən
Özünə gərçi yoxdur faidəsi,
Leyk var, xəlqə feyzi-zaidəsi.
"Əkinçi"nin nəşri ilə bağlı göndərdiyi təbrik məktubunda Seyid Əzim bu mətbu orqanı və Zərdabinin "əhli-islamı", "xaki-məzəllətdən" qaldırdığı, xalqı öz ana dilində günün aktual problemləri ilə tanış etdiyini alqışlayırdı. özünün və bacılarının ailələri ilə birlikdə Bakı şəhərinə köçmüş, əvvəlcə Bakıda "Şamaxı yolu" deyilən ərazidə məskunlaşmış, bir ildən sonra atasının Buzovna və Mərdəkandan olan şair dostları onu kəndlərinə dəvət etmişlər. Mir Cəfərgil əvvəl Mərdəkanda, sonra isə həmişəlik Buzovna kəndində yaşamışlar. Mir Cəfər Buzovna kəndində 1937-ci ildə vəfat etmiş, kənd qəbiristanlığında dəfn olunmuşdur. Onun məzar daşını kənd sakini Abdulla Səlimov qoydurmuşdur. Mir Cəfərin Buzovna qəsəbəsində olan məzar daşı üzərində onun təvəllüd 1832-ci il yazılmışdır ki, bu da səhv tarixdir. Bəzi mənbələrdə ölüm tarixi 1937-ci il göstərilsə də, bu tarix özü də mübahisəlidir. Mir Cəfər, 1882-ci ildə əslən Salyandan olan və Şamaxıda yaşayan Seyid Süleymanın qızı Bikə xanımla (Seyid Bikə) ailə qurub. Onların Mir Kamil, Mir Fazil, Mir Mustafa, Mir Adil adlı dörd övladı olub. Mir Kamil körpə ikən vəfat edib, o, biriləri isə ötən əsrin 90-cı illərinə qədər yaşamışlar.

Mənbə: Vikipediya — «Seyid Əzim Şirvani» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət