Tofiq Bayram

1934 — 1991 · Şair · XX əsr

  • Azərbaycanca

Tofiq Qulam oğlu Bayramov — Azərbaycan şairi və tərcüməçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1959), Azərbaycanın əməkdar incəsənət xadimi (1984).

Tofiq Bayram bütün ömrünü şeirə, sənətə həsr etmiş, mənalı ömür yaşamışdır. Müxtəlif illərdə onun bir-birinin ardınca "Ana təbəssümü" (1961), "Mənim şair xalqım" (1963), "Sizi düşünürəm" (1964), "Azərbaycan dünya gəzir" (1965), "İnamım, əqidəm" (1969), "Gərək elə yanım" (1971), "Azərbaycan deyəndə" (1974), "Səninlə görüşəndə" (1980), ("Məsləkim-silahım" (1984), "Ay gecikən məhəbbətim" (1987), ("Məsləkim-silahım" və "Ay gecikən məhəbbətim" kitabları əsasında "Seçilmiş əsərləri" (tərtib edən bacısı Svetlana Bayramova) (2005) və "Ay anam Bakı" (tərtib edən həyat yoldaşı Zərifə Bayramova) (2012), Azərbaycanım (tərtib edən bacısı Svetlana Bayramova) (2015) adı altında əsərləri nəşr olunmuşdur.