Mirzə Şəfi Vazeh

1794 — 1852 · Şair · XIX əsr

  • Azərbaycanca (ərəb əlifbası)
  • Farsca

Mirzə Şəfi çoxlu qəzəlllər, müxəmməslər, məsnəvilər, rübailər və s. yazmışdır. Onun şeirləri intim-lirik və satirik xarakteri daşıyırdı. Bundan başqa Vazeh poeziya tipli "Müdriklik dərnəyi"nin başında dayanırdı. Vazehin əsərlərinin əsas mövzusu romantik sevginin tərənnümü və həyatın nəşəsidi, amma bəzi şeirlərində Mirzə Şəfi feodal cəmiyyətinin eyiblərini göstərir, köləlik şəxsiyyətlik və dini fanatizmin əleyhinə çıxış edir.

Vazehdən şərq dilləri dərsini alan alman şairi Fridrix Bodenştedt "Şərqdə min bir gün" (1850) kitabında Vazehin şeirlərinin tərcümələrini nəşr etdirmişdir. Sonradan Bodenştedtin "Mirzə Şəfi nəğmələri" (1851) adlı kitabı işıq üzü gördü. Bu nəğmələr Avropa dillərinə dəfələrlə tərcümə edilmişdir. Baxmayaraq ki, sonradan Bodenştedt Vazehin şeirlərini özünkü kimi qələmə verməyə başladı, saxlanılan fars və Azərbaycan dillərində olan orijinal vərəqlər Mirzə Şəfinin müəllifliyini sübut etdi.

Mənbə: Vikipediya — «Mirzə Şəfi Vazeh» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət