Nəcəf bəy Vəzirov
1854 — 1926 · Dramaturq · XIX-XX əsr
- Azərbaycanca (ərəb əlifbası)
Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov — Azərbaycan yazıçısı və dramaturqu. Nəcəf bəyin Bakıda rus məktəbində aldığı bu təhsil onun gələcəkdə yaradıcılığına böyük təsir göstərmişdir.
…Qırx il bundan əvvəl, 1873-cü ildə, altıncı sinifdə oxuduğum vaxt ilk dəfə Rus teatrına getdim. O gecə məni həddən artıq təsirləndirdi. Teatrın necə bir şey olduğunu anladım. Ertəsi gün gimnaziya müəllimi Həsən bəy Məlikov cənablarına müraciət edib soruşdum ki, bizim dilimizdə teatr əsərləri, yəni ya komediya, ya da faciə varmı? Həsən bəy Məlikov mərhum Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını tapdı. Bu komediyanı internatda olan müsəlman şagirdləri ilə birlikdə səhnələşdirmək üçün hazırlığa başladıq. Hər gün nahardan sonra internatın yemək otağında məşq edirdik. Hazırlıqlarımıza Həsən bəy Məlikov cənabları tamaşa edirdi, amma şagirdləri mən məşq etdirirdim. Hacı Qara rolunu sabiq Gəncə şəhər qlavası Əsgər bəy Adıgözəlov-Gorani oynayırdı. Mən isə qadın rolunu götürdüm. Tamaşa günü çoxlu insan vardı, əksəriyyəti ermənilərdən idi. Bakı qubernatoru mərhum Staraselski də həyat yoldaşı ilə gəlmişdi. Bizim bu tamaşamız camaata çox xoş gəldi. Tamaşadan sonra qubernatorun tərcüməçisi mərhum Həsən bəy Nəbibkov bizi qonaq etdi. Həmin gecə müəllimimiz Həsən bəy Məlikov, teatr əsərinin müəllifi Mirzə Fətəli Axundzadəyə təbrik teleqramı göndərdi. Mirzə Fətəli Axundzadə isə iki səhifəlik böyük bir razılıq məktubu yazdı. Məktubun sonunda isə əlavə etmişdi: *"Bu gün Hacı Qara əsərini səhnədə göstərməklə mənim ömrümə on il əlavə etdiniz.*Nəcəf bəy gimnaziyada oxuduğu illərdə səylə çalışır. Bu zaman o təhsilini davam etdirmək barədə düşünürdü. Maddi çətinliklər səbəbindən pulsuz ali təhsil almağın mümkün olmadığını anlayan Vəzirov gimnaziyada oxuduğu illərdə müəyyən məbləğ qarşılığında varlı uşaqlarına dərs deyir, aldığı əmək haqqını toplayırdı. Ona bu işdə müəllimi Həsən bəy Zərdabi də köməklik göstərirdi. O yazır:
Kitablar
Bütün əsərləri (129)- Nəcəf bəy VəzirovPyeslərDramPyeslər, 2 əsər
- Nəcəf bəy VəzirovDaldan atılan daş topuğa dəyərDramDaldan atılan daş topuğa dəyər, 5 əsər
- Nəcəf bəy VəzirovSonrakı peşmançılıq fayda verməzDramSonrakı peşmançılıq fayda verməz, 4 əsər
- Nəcəf bəy VəzirovAdı var, özü yoxDramAdı var, özü yox, 5 əsər
- Nəcəf bəy VəzirovYağışdan çıxdıq, yağmura düşdükDramYağışdan çıxdıq, yağmura düşdük, 5 əsər
- Nəcəf bəy VəzirovMüsibəti-FəxrəddinDramMüsibəti-Fəxrəddin, 7 əsər
- Nəcəf bəy VəzirovPəhlivanani-zəmanəDramPəhlivanani-zəmanə, 5 əsər
- Nəcəf bəy VəzirovNə əkərsən, onu biçərsənDramNə əkərsən, onu biçərsən, 5 əsər
- Nəcəf bəy VəzirovKeçmişdə qaçaqlarDramKeçmişdə qaçaqlar, 6 əsər
- Nəcəf bəy VəzirovTəzə əsrin ibtidasıDramTəzə əsrin ibtidası, 5 əsər
- Nəcəf bəy VəzirovPul düşkünü Hacı FərəcDramPul düşkünü Hacı Fərəc, 5 əsər
- Nəcəf bəy VəzirovAğa Kərim xan ƏrdəbiliDramAğa Kərim xan Ərdəbili, 5 əsər
- Nəcəf bəy VəzirovDələduzDramDələduz, 4 əsər
- Nəcəf bəy VəzirovHekayələrNəsrHekayələr, 3 əsər
- Nəcəf bəy VəzirovBalaca mütəfərriqələrNəsrBalaca mütəfərriqələr, 57 əsər
- Nəcəf bəy VəzirovMəqalələrNəsrMəqalələr, 6 əsər