Səməd Vurğun

1906 — 1956 · Şair · XX əsr

  • Azərbaycanca

Səməd Vurğun (doğum adı: Səməd Yusif oğlu Vəkilov) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə "Stalin" mükafatı laureatı (1941, 1942) və 2 dəfə "Lenin" ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biridir.

Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat etmiş, atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyümüşdür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi.

Mənbə: Vikipediya — «Səməd Vurğun» · CC BY-SA 4.0